Əməkdar artist, aktyor və kinorejissor Elxan Qasımov dəfn olunub.
Gununsesi.info xəbər verir ki, o, Xırdalan qəbiristanlığında oğlu Samir Qasımovun yanında torpağa tapşırılıb.
Mərasimdə mərhumun ailəsi ilə yanaşı, sənət dostları, mədəni-ictimai xadimlər iştirak edib.
Xatırladaq ki, vəfatından əvvəl reanimasiyada olan Elxan Qasımov mayın 9-da əməliyyat olunub. Ona aorta anevrizmasının partlaması diaqnozu qoyulub. Əməkdar artistin müalicəsi vəfat edənə qədər reanimasiyada davam etdirilib.
Gununsesi.info