119 Saylı Ağdam Kənd Seçki Dairəsindən deputatlığa namizədliyini irəli sürən tanınmış siyasi şərhçi Elxan Şahinoğlunun namizədliyindən imtina olunub.
Gununsesi.info xəbər verir ki, bu barədə o, özü bildirib:
“Namizədliyimi qeydə almadılar. Qanuna görə imzalar 7 gün ərzində yoxlanıb cavab verilməli idi. Yeddinci gün, iş gününün bitiminə 30 dəqiqə qalmış zəng edib qeydə alınmadığımı bildirdilər. 3 gün ərzində 500 imza toplamışdıq. Mənə inandıqlarına və dəstək verdiklərinə görə ağdamlılara təşəkkür edirəm”.
Günay
Gununsesi.info