“Ədalət Partiyası hələ rəsmi qərar verməyib, ancaq şəxsən mən İlham Əliyevin namizədliyinin partiyamız tərəfindən də dəstəklənməsi üçün çalışacam”.
Bunu Gununsesi.info-ya açıqlamasında Ədalət Partiyasının sədr müavini Elxan Şükürlü növbədənkənar seçkilərin keçirilməsi barədə danışarkən deyib.
Elxan Şükürlü deyib ki, qarşıda Azərbaycan üçün ciddi sınaq dövrü başlayır:
“Çünki bu, daha böyük savaşdır və Əliyevin qələbəsi Azərbaycanın qələbəsi deməkdir! Bu gün İlham Əliyevə qarşı çıxmaq Azərbaycanın qələbəsinə qarşı çıxmaq deməkdir! Əminəm ki, müharibə dönəmindəki mövqeyimizi yenidən təkrarlayacağıq”.
Elmar Elnuroğlu
Gununsesi.info