Elza canlı efirdə pis vəziyyətdə qaldı - VİDEO

  • By admin
  • 29 Dekabr 2022 20:31

Əməkdar artist Elza Seyidcahan canlı efirdə pis vəziyyətdə qalıb.

Gununsesi.info xəbər verir ki, sənətçi “ATV səhər” verilişində Yeni ilə aid mahnı oxuyan vaxt səsi batıb.

Bu zaman ifaçı gülərək “Vasif Məhərrəmli gülür. Vasif gülmürsən ki?”, – deyə, bildirib.

Qeyd edək ki, bir müddət əvvəl “Zaurla Günaydın” verilişində Zaur Baxşəliyev Elzanın evində qonaq olarkən qarmonu əlinə almaq istəyəndə musiqi aləti ikiyə bölünmüşdü. Efirdə qonaq olan Vasif Məhərrəmli və digər qonaqlar isə buna gülməyə başlamışdı. Əsəbiləşərək efirə zəng edən Əməkdar artistin anası isə qonaqların gülməyinə etiraz etmişdi.

Gununsesi.info