“Elza Seyidcahanın Azərbaycan Yazıçılar Birliyinə üzvlüyü qəbul komissiyasına müraciətindən sonra araşdırılıb və müsbət qərar qəbul edilib. Mən də birinci katib kimi onun vəsiqəsini təqdim etmişəm.”
Bu sözləri Gununsesi.info-ya açıqlamasında Azərbaycan Yazıçılar Birliyinin birinci katibi Çingiz Abdullayev Elza Seyidcahanın bu quruma üzvlüyünün birmənalı qarşılanmaması ilə bağlı sualına cavabında deyib.
Çingiz Abdullayev bildirib ki, Elza Seyidcahana qarşı sosial şəbəkələrdə təhqirlərlə yanaşı müsbət fikirlər də yer alıb:
“Onu bəyənməyən, təhqir edən 15-20 nəfərlə yanaşı, 250 -yə yaxın insan da müsbət dəyərləndirib. Məsələnin digər tərəfinə gəlincə, axi, niyə bir Azərbaycan qadınına qarşı bu qədər söyüş, həqarət olmalıdır? Elza Seyidcahan erməni deyil. Niyə onu bu qədər söyürlər? Mən bunu başa düşmək istəyirəm. Axı, niyə Azərbaycan kişiləri bir qadına qarşı belə aqressiv münasib sərgiləyir. Onun şerləri var və şerlərini də özü yazır. Azərbaycan Yazıçılar Birliyinə qəbul olunmasında pis heç nə yoxdur.”
Elmar
Gununsesi.info