Elza Seyidcahan: “Heç özüm də bilmirəm, nə qədər cərimə olunmuşam” -AÇIQLAMA

  • By admin
  • 28 İyun 2016 00:13

elza

Vergilər Nazirliyi gəlirini gizlədib dövlət büdcəsinə ödənişdən yayınan şou-biznes nümayəndələrinin siyahısını hazırlayıb. Gununsesi.info xəbər verir ki, tərtib edilən cədvəldə xalq və əməkdar artistlərdən ibarət   50 nəfər tanınmış müğənninin adı yer alıb.

HTML tutorial

Əməkdaşımız sözügedən cədvəldə adı qeyd edilənlərdən bəstəkar-müğənni, əməkdar artist Elza Seyidcahanla əlaqə saxlayıb. Elza Seyidcahan Gununsesi.info-ya bildirib ki, Vergilər Nazirliyinin tərtib etdiyi cədvəldən  istirahət günündə xəbər tutub: “Həmin cədvəl mətbuatda şənbə günü dərc edildiyindən, cərimə olunmağım və cərimənin məbləğini araşdırmaq üçün Vergilər Nazirliyinin əlaqədar idarəsiylə əlaqə saxlaya bilməmişəm.  Heç özüm də bilmirəm, nə qədər cərimə olunmuşam. Əlaqə saxlayıb, aydınlaşdıracam”.

Qeyd edək ki, hələ bir neçə ay öncə vergilər nazirinin müavini Sahib Ələkbərov vergi yayınmalarının ən çox və ən az olduğu sahələri açıqlayıb. O, deyib ki, müğənnilərin də vergidən yayınması kifayət qədərdir. “Şou-biznes nümayəndələri, böyük məbləğ müqabilində toya gedən müğənnilər 50 manat vergi ödəyir. Amma səhər tezdən küçələri süpürən və bunun müqabilində 300 manat məvacib alan süpürgəçi qəpiyinə qədər vergi ödəyir. Ay ərzində 10 toya gedən, yüksək gəlir əldə edən vergi ödəmək istəmir. Xeyir ola?! Ancaq ötən ilin dekabr ayında bu sahədə aparılan islahatlar nəticəsini verib. Belə ki, təkcə dekabr ayında müğənnilər büdcəyə bir il ərzində ödədikləri qədər vergi veriblər”.

Gülnaz Qənbərli