Elza Seyidcahan nənə olacaq

  • By admin
  • 21 İyun 2016 14:14

elza

 

HTML tutorial

Gəlinlik paltarı geyinərək fotosessiya edən bəstəkar-müğənni, əməkdar artist Elza Seyidcahan ailə qurması haqqında yayılan xəbərləri şaiyə adlandırıb. Gununsesi.info-ya bu haqda məlumat verən bəstəkar bildirib ki, yeni tamaşa üzərində işləyir: “Yeni hazırlanan “Küləyin gəliniyəm” adlı tamaşayla və eyni adlı şerimlə bağlı gəlinlik paltarında fotosessiya etdik. Bunu bəzi saytlar reytinq xatirinə mənim evlənmə şəkilərim kimi təqdim etdi. Əgər ailə qururamsa, deməli o zaman həyat yoldaşımın adı Küləkdir.

Toyla bağlı yayılan xəbərlər şayiədən başqa bir şey deyil. Elə qəribə suallar verirlər ki…” – deyən bəstəkar təəccüblənmədiyini də bildirib.

Seyidcahan iki övladı olmasını, onları evləndirdiyini vurğulayaraq qeyd edib ki, hələki planında ailə qurmaq yoxdur. Ailə qurmağın qismətlə bağı olduğunu deyən əməkdar müğənni tezliklə nənə olacağını da söyləyib.

Gülnaz Qənbərli