
ATV kanalında yayımlayan “10-dan sonra” verilişinin canlı efirində emosiyalar yaşanıb.
Gununsesi.info xəbər verir ki, verilişin “İmic” rubrikasının iştirakçısı Nuranə xanımın psixoloqa müraciət etməsi əməkdar artist, bəstəkar-müğənni Elza Seyidcahanı özündən çıxarıb. Məsələyə qarışan psixoloq bir çox məşhurun, eləcə də müğənni Rəqsanənin ona müraciət etdiyini bildirib.
Onun bu sözlərindən sonra əməkdar artist sərt reksiya göstərib: “Rəqsanə kimi müğənnilər efirə çıxandan sonra həddindən artıq dərəbəylik oldu. Ağızlarına gələni danışdılar, prodüserləri ilə canlı efirdə dalaşdılar, sponsorların müğənniləri maliyyələşdirməyini dedilər. Camaat da biz müğənnilərə hörmət etməkdən imtina etdi”-, deyə belə müğənnilərə qarşı münasibətini açıq göstərib.
Gülnaz Qənbərli
Gununsesi.info