Multi-Media Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun Prezidenti Osman Gündüz rəqəmsal hökumətdə geriyə doğru addım atıldığını deyir.
Gununsesi.infoxəbər verir ki, o bu barədə sosial media hesabında bildirib.
“Dövlət satınalmalarının rəqəmsallaşdırılması, xüsusilə eSatınalma portalının (etender.gov.az) təkmilləşdirilməsi istiqamətində son illərdə müəyyən irəliləyişlər baş verib. Antiinhisar və İRİA bu sahədə bir sıra addımlar atıb və artıq satınalmalar elektron şəkildə həyata keçirilir.
Lakin bir müddət əvvəl araşdırma apararkən ciddi bir problemi qeyd etmişdim: tender iştirakçıları portal üzərindən tələb olunan bütün sənədləri elektron qaydada əldə edib sistemə yükləyə bilmirdilər.
Ən diqqətçəkən məqam isə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) satınalma üçün vacib xidmətinin-inzibati cərimələrlə bağlı arayışın hələ də portala inteqrasiya olunmaması idi.
Nazirlik o zaman bu problemi aradan qaldırmaq üçün öz saytında həmin arayışın elektron əldə edilməsi imkanını yaratmışdı. Yəni sahibkar real vaxtda eSatınalma portalından deyil, heç olmasa Nazirliyin saytından həmin sənədi alıb portala yükləyə bilirdi. İndi məsələni yenidən araşdıranda həqiqətən çox təəccübləndim:
Nazirliyin saytındakı bu elektron xidmət də tamamilə dayandırılıb.













