Əməkdar artist əməliyyat olundu

  • By Günel
  • 08 Fevral 2025 00:25

Əməkdar artist, Şuşa Dövlət Musiqili Dram Teatrının direktoru Yadigar Muradov bu gün əməliyyat olunub.

Gununsesi.info xəbər verir ki, bu barədə Qaynarinfo-ya aktyorun özü məlumat verib.

O, əməliyyatdan yeni çıxdığını vurğulayıb:

“Özümə indi gəlmişəm. Həkimlər ikinci əməliyyata ehtiyac olduğunu dedilər”.

Qeyd edək ki, Əməkdar artist xərçəng xəstəliyindən əziyyət çəkir. Bu onun ikinci əməliyyatıdır.

Gununsesi.info