Əməkdar artist Yadigar Muradovun vəziyyəti açıqlanıb

“Xəstə Yadigar Muradovun vəziyyəti ağır olaraq qalır”.

Bu barədə Gununsesi.info-nun sorğusuna cavab olaraq Mərkəzi Klinikanın Mətbuat xidmətindən məlumat verilib.

“Reanimasiya və intensiv terapiya şöbəsində çoxtərəfli kompleks müalicəsi davam etdirilir”, – məlumatda bildirilib.

Qeyd edək ki, Şuşa Dövlət Musiqili Dram Teatrının direktoru, əməkdar artist Yadigar Muradov oktyabrın 4-ü yüksək qan təzyiqi ilə xəstəxanaya yerləşdirilib.

 

Gununsesi.info