Əməliyyatdan çıxan Cavanşir Quliyev “Gününsəsi”nə danışdı - AUDİO

Türkiyədə ağır cərrahiyyə əməliyyatı keçirən Azərbaycanın tanınmış bəstəkarı Cavanşir Quliyev son durumu ilə bağlı saytımızın baş redaktoru Pərviz Həşimli ilə danışıb.

Onun səhhəti ilə bağlı dediklərini təqdim edirik:

“Hal-hazırda yaxşıyam. Təhlükə keçdi. Zamanında müraciət olunduğu üçün hər şey hasarsız bitdi. Çünki kifayət qədər ağır vəziyyət idi. Həkimlərin yüksək peşəkarlığı burda rol oynadı. Vaxtında müraciət, arxadan gələn dəstək bunlar hamısı bu nəticəni verdi. Hal-hazırda yaxşı vəziyyətə gəlib çatdım. Hətta ondan da yaxşı vəziyyətə də gəldim. Çünki bilmədiyim gizli sağlıq problemlərim də var imiş. Onlar da üzə çıxdı və həll olundu. Sabaha ya bu günə buraxılacam. Bir neçə gün evde qalacam. Sonra Bakıya qayıdacam. Hər kəsə təşəkkür edirəm. Hər kəsə diqqətinə görə minnətdaram. Heç kəsə cavab verə bilməsəmdə hamısını mənə deyirdilər”.

 

 

Gununsesi.info