Əməliyyatdan sonra yoxa çıxmışdı: Şahzadə həftələr sonra ilk dəfə göründü – FOTO

  • By admin
  • 06 Mart 2024 14:17

Yanvar ayında qarın əməliyyatından sonra yoxa çıxan Uels şahzadəsi Keyt Middlton həftələr sonra ortaya çıxıb.

Gununsesi.info xəbər verir ki, Middlton anası ilə Vindzor qəsri yaxınlığında maşın sürərkən kameralara yaxalanıb.

Uels şahzadəsi Keyt Middlton yanvarın 16-da mədə narahatlığından əməliyyat olunub və 2 həftə xəstəxanada müalicə olunub. Şahzadənin xəstəliyi gizlədilsə də, xərçəng olduğu iddiası da təkzib edilib. Uzun müddətdir dəvətlərə qatılmayan və heç görünməyən Middleton meydana çıxıb.

Bir neçə həftə sonra Uels şahzadəsi anası Carole ilə birlikdə Vindzor qəsri yaxınlığında maşın sürərkən görünüb. Günəş eynəyi taxıb, kameranı görəndə gülümsəyən Middltonun səhhəti pərəstişkarlarını sevindirib. Bu fotolar Middlton haqqında bir müddətdir irəli sürülən sui-qəsd nəzəriyyələrinə son qoyur.

Kensington Sarayı uzun müddətdir görünmədiyi üçün maraqlanan Kate Middleton haqqında açıqlama verərək Keytin Pasxa bayramından sonra kral tədbirlərinə dönəcəyini və əməliyyatdan sonrakı sağalma prosesinin yaxşı getdiyini bildirib.

Gununsesi.info