Yarım əsrdən çox yaşı olan Azərbaycan xalçası isə Ermənistana keçirilib.
Ermənistandan Azərbaycana silah göndərilib. Gununsesi.info xəbər verir ki, 2015-ci ildə Ermənistandan Azərbaycana silah-susat aparılıb. Bu, Dövlət Gəlirləri Xidmətinin statistikasına statistikası zamanı üzə çıxıb.
Ermənistanın komitə sənədlərinə əsasən, ölkəmizə gətirilən silah-sursatın gömrük dəyəri 84.55 dollar dəyərində olub.
Məsələyə Dövlət gəlirləri komitəsi münasibət bildirərək, qeyd edib ki, Ermənistan yığması Bakıda keçirilən Avropa Oyunlarında güllə atıcılığı üzrə yarışlarda iştirak etmək üçün 400 ədəd “5,6 mm-lik” patron aparıb.
Mənbədən verilən məlumata görə, 2014-cü ildə Azərbaycandan Ermənistana xalça aparılıb. Komitənin məlumatında qeyd edilir ki, xalçalar Azərbaycan istehsalıdır, amma Ermənistana başqa ölkələrdən gətirilib.
Xalça 2014-cü ilin oktyabrında Ermənistana aparılıb. Xalça “Matenadaran” qədim əl yazmalar institutuna mədəni irs nümünəsi kimi təqdim edilib. Onun ölçüsü 3,17 kvadrat metr və dəyəri 596,45 dollar olub. Bu, 1940-50-ci illərə aid “Şəki-Şamaxı” xalçasıdır.
Dövlət gəlirlər komitəsi xalçanın Ermənistana ABŞ-dan gətirildiyini vurğulayıb.