Əməkdar mədəniyyət işçisi komaya düşdü - FOTO

Füzuli Dövlət Dram Teatrının direktoru, Əməkdar mədəniyyət işçisi Vaqif Vəliyevin səhhəti kəskin ağırlaşıb.

Gununsesi.info xəbər verir ki, bu barədə “Qafqazinfo”ya onun oğlu, jurnalist Səbuhi Vaqifoğlu məlumat verib.

O bildirib ki, atası gecə saatlarında komaya düşüb və Bakıda klinikaların birində süni nəfəs aparatına qoşulub.

Qeyd edib ki, 67 yaşlı V.Vəliyevin komadan ayılması üçün müalicə tədbirləri davam etdirilir.

 

Gununsesi.info