Emil Əliyev növbəti dəfə Rusiya Mini Futbol Assosiasiyasının prezidenti seçilib

  • By admin
  • 06 Avqust 2021 17:26

Rusiyada yaşayan həmyerlimiz Emil Əliyev daha beş il müddətinə Rusiya Mini Futbol Assosiasiyasının Prezidenti vəzifəsini icra edəcək.

Gununsesi.info xəbər verir ki, bu barədə Rusiya Mini Futbol Assosiasiyasının mətbuat xidməti məlumat yayıb.

Bununla da Emil Əliyev 2026-cı ilə qədər Rusiya Mini Futbol Assosiasiyasının prezidenti vəzifəsində çalışacaq.

O, ilk dəfə bu posta 2011-ci ildə seçilmişdi.

Qeyd edək ki, Emil Əliyev həmçinin Rusiya Futbol İttifaqının İcraiyyə Komitəsinin tərkibində yer alır.