
Prezident Rəcəb Tayyib Ərdoğanın həyat yoldaşı Əminə Ərdoğan, Tekirdağdakı məktəbin həyətində çiyələk yetişdirən ibtidai sinif şagirdlərini təbrik edib.
Ərdoğan sosial media hesabından aşağıdakı açıqlamaları paylaşaraq Anadolu agentliyinin ” Tekirdağda şagirdlər məktəblərinə gətirdikləri kompost gübrəsi ilə çiyələk yetişdirirlər:
“Tekirdağdakı Ticarət Birjası ibtidai məktəbinin bağçasında kiçik əllərin əməyi sayəsində cücərən bir möcüzə var. Bu möcüzənin veteranları hamımıza kompostun yer üzünə həyat verən və gələcək nəsillər üçün daha sağlam bir dünya yaradan davamlı bir həll olduğunu sübut edirlər. Bu mənalı layihəni həyata keçirən müəllimlərimizi və həyatı təbiətlə harmoniyada qəbul edən əziz tələbələrimizi ürəkdən təbrik edirəm” – deyə o bildirib.
(TRT haber)
Gununsesi.info