Emin Əmrullayev Basketbol Federasiyasının prezidenti oldu

  • By admin
  • 14 Dekabr 2021 12:39

Dekabrın 14-də Azərbaycan Basketbol Federasiyasının seçki konfransı keçirilib. 

Gununsesi.info xəbər verir ki,  Azərbaycan Basketbol Federasiyasının prezidenti Nadir Nəsibov çıxış edərək federasiyanın son illərdəki fəaliyyəti barədə məlumat verib və yeni seçiləcək heyətə uğurlar arzulayıb.

HTML tutorial

Daha sonra federasiya rəhbərliyinə yeni seçki keçirilib. Təhsil naziri Emin Əmrullayev Azərbaycan Basketbol Federasiyanın yeni prezidenti seçilib.

Konfransda həmçinin, Simuzər Feyzullayeva, Vilayət Vəliyev, Bəxtiyar Aslanbəyli və Elnur Əliyev Azərbaycan Basketbol Federasiyası Rəyasət Heyətinə üzv seçiliblər.

Gununsesi.info