Emin Əmrullayev ondan Prezidentə şikayət yazan müəllimlərin izində

  • By admin
  • 26 Avqust 2022 17:49

Gununsesi.info-nun ölkə ərazisində çalışan 100-ə yaxın müəllimin imzasıyla  yayımlanan “Müəllimlərin Emin Əmrullayevdən Prezidentə kütləvi şikayəti – Sertifikasiya üçün Konstitusiya Məhkəməsinin rəyi alınsın!” başlıqlı materialı böyük rezonansa səbəb olub.

Qeyd edək ki, hüquqşünas rəyi ilə hazırlanan materialda müəllimlərin sertifkasiyasının keçirilməsinin qanunverciliyə ziddi olduğu və bunun üçün Konstitusiya Məhkəməsinin rəyinin vacibliyi vurğulanıb.

HTML tutorial

Prezidentə də ünvalanan bu müraciətin ictimailəşməsi  ölkənin elm-təhsil nazirini narahat edib.

Əgər belə olmasaydı, nazirlik müraciətə imza atan müəllimlərdən təkzib tələb etməzdi.

Bu arada redaksiyamızın elektron poçtuna Şəkinin Təhsil Şöbəsindən təkzib xarakterli məktub gəlib.

Həmin məktubu təqdim edirik:

Hörmətli Pərviz müəllim!

25 avqust 2022-ci il tarixdə rəhbəri olduğunuz elektron KİV-də   Azərbaycanın orta ümumtəhsil məktəblərində çalışan bir qrup müəllim adından Respublikanın elm və təhsil naziri cənab Emin Əmrullayevdən təhsilverənlərin peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılması məqsədilə nəzərdə tutulan sertifikatlaşdırılma ilə əlaqədar Azərbaycan Respublikasının  Prezidentinə  ünvanlanmış şikayət dərc edilmişdir.

Bu şikayətə imza atanlar sırasında guya Şəki rayonundan  olan bir neçə şəxsin adı-soyadı qeyd edilmişdir.

Bildiririk ki,həmin adlı-soyadlı müəllimlər Şəkinin ümumtəhsil məktəblərində çalışmırlar  və deməli təbii ki, bu məktuba imza da ata bilməzdilər.

 

Gununsesi.info