“Satış məsələsində ayıb nəsə olmamalıdır. Bu bacarıq da, yəni marketinq məsələsi önəmlidir”.
Gununsesi.info xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev Təhsilin İnkişafı Forumunda “İnnovasiya ekosisteminin yaradılması” panelində çıxışı zamanı deyib.
Nazir bildirib ki, innovasiya sahəsi risk etməklə bağlıdır: “Əgər bunu sevmirsənsə innovasiya məşğul olmaq çətindir”.
Onun sözlərinə görə, səhv etmək bacarığı vacib öyrənmə elementidir: “Şagird də sinifdə səhv edəndə bununla bağlı izah verib, təhlil aparıb nəyəsə nail olmaq olur. Səhvə yol verməkdən qorxan şəxsin, risk etməyi sevməyənin innovasiya yaratması çətindir. Səriştəlilik də bu sahədə önəmli yer tutur. Yəni səriştəli şəxs innovasiya işi ilə məşğul ola bilər. Son dövlərin uğurlu layihələrinə baxsaq başqa insanlara nəyisə satmaq bacarığı mədəni dəyərlərdən irəli gəlir”.
Gununsesi.info