Emin Əmrullayev sözündən döndü- NAZİRLİKDƏN AÇIQLAMA

Xəbər verdiyimiz kimi, ötən həftənin şənbə günü elm və təhsil naziri Emin Əmrullayev Bakı şəhəri üzrə məktəb direktorları ilə görüşüb.

Görüş zamanı məktəb rəhbərləri ilə pedaqoji heyətin vəzifə maaşına əlavələrlə bağlı ölkə Prezidenti cənab İlham Əliyevin müvafiq Fərmanından irəli gələn məsələlər, məktəb direktorunun nüfuzu, məktəb-icma münasibətləri, məktəbin daxilində peşəkar inkişaf, məktəbdə öyrənmə mühitinə təsir edən amillər, sertifikasiya mövzusunda geniş fikir mübadiləsi aparılıb və bu fonda suallara cavab verilib.

HTML tutorial

Gununsesi.info xəbər verir ki, bunu nazirliyin sözçüsü Cəsarət Valehov bildirib.

Onun sözlərinə görə, bir çox sosial media hesablarında həmin görüşlə bağlı yanlış fikirlər yayılıb: “Bununla bağlı onu demək istərdik ki, qeyd olunanlar kontekstdən çıxarılıb və həqiqətə uyğun deyil.

Xahiş edirik, dürüstlüyünü yoxlamadan mənşəyi bəlli olmayan mənbələrə istinad edərək xəbərləri tirajlamayaq”.

Qeyd edək ki, həmin görüşdə nazirin “ölkədə təhsil yoxdur, orta məktəblər təhsil vermir” fikrini səsləndirməsi barədə xəbərlər tirajlanmışdı.

Gülnar

Gununsesi.info