Emin Əmrullayev onlara YÜKSƏK VƏZİFƏ VERDİ - FOTOLAR

  • By admin
  • 05 Mart 2021 12:09

Bakı Şəhəri üzrə Təhsil İdarəsində (BŞTİ) müdir müavini vəzifəsinə yeni təyinatlar olub.

İdarədən Gununsesi.info-ya verilən məlumata görə, Təhsil naziri Emin Əmrullayevin əmrinə əsasən, Xəyalə Əhmədzadə və Orxan Kərimov BŞTİ-nin müdir müavini vəzifələrinə təyin ediliblər.

Bu təyinata qədər Xəyalə Əhmədzadə Səttar Bəhlulzadə adına Xarici dillər təmayüllü gimnaziyada direktor müavini və direktor vəzifələrində, Orxan Kərimov isə Azərbaycan Respublikası Təhsil İnstitutunun Layihə Katibliyinin rəhbəri vəzifəsində çalışıb.

Gununsesi.info