

Ünlü iş adamı və müğənni Emin Ağalarovla ABŞ-ın 45-ci prezidenti Donald Trampın dostluğu necə yarandı və Tramp Moskvaya niyə səfər etdi?
Gununsesi.info “Forbes”ə istinadən xəbər verir ki, Trampla Emin Ağalarov arasında münasibətlər hələ 2013-cü ildə yaranır.
Bu barədə “Forbes”ə danışan müğənni Emin Ağalarov deyir ki, 2013-cü ilin əvvəlində “Amor” adlı sinqlinə çəkdirdiyi klipə “Kainat gözəli” gözəllik yarışının qalibi, amerikalı Olibiyu Kalponu dəvət edir. Hansı ki, “Kainat gözəli” gözəllik müsabiqəsinə Tramp rəhbərlik edib.
Klip çəkilindən sonra Oliviya Kalponun menecerləri Ağalarovların Trampla əlaqələrinin qurulmasında vasitəçi olublar. Onlar Ağalarovları Trampa təqdim ediblər. Bundan sonra qərar alınıb ki, gözəllik yarışını “Krokus siti”-də keçirməyi təklif ediblər.
Gözəllik müsabiqəsi 2013-cü ildə Moskvada Ritz-Carlton otelində keçirilir. Bu yarışmaya Rusiyanın bütün tanınmışları gəlir. Düzdür, Tramp bu tədbirdə Putinin də iştirak gözləyir, ancaq, o, gəlmir.
Müsabiqə çərçivəsində Ağalarovlarla Tramp “Krokus siti” ərazisində “Trump Tower”in tikintisi ilə bağlı razılığa gəlirlər. Ancaq bu layihə hansısa səbəblərdən həyata keçmir.
Qeyd olunur ki, bu, Trampın Moskvaya ilk səfəri yox,üçüncü səfəri olur.
Trampın Moskvaya ilk səfəri 1987-ci ildə, 40 yaşında edib. O zaman da Tramp cəmiyyətdə uğurlu iş adamı kimi tanınıb. 1987-ci ildə Tramp SSRİ-yə səfər etmək üçün rəsmi dəvət alır.

İlk səfər necə baş tutdu…
1986-ci ilin sonlarında Leonard Laudre ilə nahar zamanı Tramp SSRİ-nin o zaman BMT-ki səfiri Yuriy Dubinlə tanış olur. O zaman SSRİ-də “prestroyka”-nın qızğın dövrü yaşanırdı. Görüş zamanı Y. Dubnin qızı hətta, Trampın layihələri, xüsusən də, “Trump Tower” laiyhəsi haqqında xoş ifadələr deməkdən çəkinmir. Bu görüş çox səmimi və işgüzar səviyyədə keçir. Bu görüşün yekunu olaraq Kreml yaxınlığında dəbdəbəli bir otel tikmək barədə razılığa gəlirlər. Bu tanışılıq Trampı Moskvaya səfərinə səbəb olur. Rusiyalı diplomat 1987-ci ilin yanvarında Trampa SSRİ-yə səfər etmək üçün “Qoskominturist” adından rəsmi dəvət vizası təqdim edir. Tramp 1987-ci ilin iyulunda Moskvaya uçur. Moskvaya böyük ümidlərlə uçan Trampı əliboş geri dönür… O, SSRİ-yə səfərinin təəssüratları haqqında öz kitabında geniş yazıb. Trampın bu səfərdə gözlədiklərinin əksi baş verir. Danışıqlarda istədiyi alınmadığından nəticəsiz geri dönür.

9 ildən sonra Tramp yenidən Moskvaya dönür…Yenə də əliboş geri qayıdır…
Trampın Moskvaya ikinci səfər isə 9 ildən sonra 1996-ci ildə reallaşır…Trampı bu dəfə Moskva merinin müavini Vladimir Resin dəvət edir. Dəvətdə əsas məqsəd Trampın Moskavaya sərmayə qoymasına nail olmaq olub. Səfər zamanı bir sıra layihələr müzakirə olunub və o, 240-280 milyon dollar həcmində sərmayə qoymaq niyyətində olur. V. Resin milyarderə hətta, “Moskva” və “Rossiya” otellərinin də rekanstruksiyasını təklif edir. Ancaq bu görüş də nəticəsiz olur və Tramp yenə də müzakirə edilən layihələrin heç birində iştirak etmir. Trampın bu səfərdən qazandığı ancaq Moskvanın o zamankı meri Yuri Lujkovla tanışlığı olur…


Hazırladı Mürtəza
Gununsesi.info