Emin Ağalarov yenidən nikaha daxil oldu

Müğənni Emin Ağalarov və model Alena Qavrilova ikinci dəfə nikah masasına oturublar.

Gununsesi.info xəbər verir ki, cütlük mayın 26-da  qeydiyyat şöbələrindən birinə müraciət edib. Daha sonra az qonaq sayı ilə restoranda özəl ziyafət keçirilib.

İfaçının özü hələlik bu barədə hələlik danışmayıb.

Xatırladaq ki, Ağalarov və Qavrilova 2018-ci ilin iyulunda beş illik münasibətdən sonra evləniblər. 2020-ci ildə isə cütlük boşanma qərarı alıblar. Onların Afina adlı ortaq bir qızı var. Qavrilovanın bir oğlu da var.

Bildirilir ki, bu dəfə toya gələnlərin siyahısı daha qısa olub. Buna baxmayaraq, paytaxtda nadir hallarda görünən Jah Khalib qonaqlar üçün səhnədə çıxış edib. Bundan əlavə, tədbirdə “Sansara” mahnısını ifa edən Basta da iştirak edib.

 

 

Gununsesi.info