Emin Bakıda yeni beynəlxalq musiqi festivalı keçirəcək

  • By ilhame
  • 07 Yanvar 2024 10:04

Xalq artisti Emin Ağalarov Bakıda “DREAM FEST” adlı yeni beynəlxalq musiqi festivalının keçiriləcəyini açıqlayıb.

 

Gununsesi.info xəbər verir ki, müğənni bu barədə Dubayda “ZHARA FEST” musiqi festivalı zamanı bildirib.

 

İyulun 24-dən 28-dək keçiriləcək “DREAM FEST”də Azərbaycan, Rusiya, Gürcüstan, Türkiyə və Avropadan ifaçılar səhnə alacaqlar.

 

Xatırladaq ki, buna qədər Emin Bakıda “ZHARA FEST” beynəlxalq musiqi festivalının təşkilatçılarından biri idi.

 

Gununsesi.info