Emin Əmrullayev: Ali təhsil müəssisələrində yeni ixtisasların yaradılması nəzərdə tutulur

  • Müəllif: Şəbnəm
  • 15 Sentyabr 2026 10:43

Sentyabrın 15-də Azərbaycanda Bilik Günü qeyd olunur. Təhsil ictimaiyyəti üçün əlamətdar olan bu gün münasibətilə elm və təhsil naziri Emin Əmrullayev Bakı şəhəri Yasamal rayonunda yerləşən 21 nömrəli tam orta məktəbdə iştirak edib.

Gununsesi.info-nun sorğusuna cavab olaraq elm və təhsil naziri Emin Əmrullayev bildirib ki, ali təhsil müəssisələrində yeni ixtisasların yaradılması nəzərdə tutulur.

Nazirin açıqlaması ali təhsil sistemində yeni istiqamətlərin formalaşdırılması və əmək bazarının tələblərinə uyğun ixtisasların yaradılması baxımından diqqət çəkir.

Qeyd edək ki, yeni ixtisasların açılması ali təhsil almaq istəyən abituriyentlər və tələbələr üçün əlavə imkanlar yarada bilər. Bu istiqamətdə atılacaq addımların hansı ixtisasları əhatə edəcəyi və yeniliklərin nə vaxt tətbiq olunacağı isə əlavə açıqlamalarla dəqiqləşdiriləcək.

 

 

Vüsal

Gununsesi.info