Emin Əmrullayev: “Azərbaycanda qızların təhsilinə dəstək üçün özəl şirkətlərlə əməkdaşlıq olunur”

Azərbaycanda qızların təhsilinə dəstək üçün özəl şirkətlərlə əməkdaşlıq olunur.

Gununsesi.info xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev Təhsilin İnkişafı Forumunda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, Təhsilin İnkişafı Fondunun yaradılması tərəqqiyə atılan addımdır:

“Bu, təhsilin inkişafında özəl şirkətlərlə əməkdaşlıq qurmağa imkan verir. Təhsilin inkişafı ilə bağlı özəl şirkətlərlə əməkdaşlıq şəraitində bir sıra layihələr həyata keçirilir. Bunların arasında qızların təhsilinə dəstək ideyaları da var”.

Nazir bildirib ki, ölkədə ikinci dəfədir keçirilən Təhsilin İnkişafı Forumu müxtəlif tərəfləri, özəl və dövlət qurumlarını bir araya gətirib.

 

 

Gununsesi.info