“Emin Naxçıvaniski”nin narkotiklə həbs olunan qardaşını bu vəkil müdafiə edəcək

  • By admin
  • 13 Mart 2023 17:30

Xəbər verdiyimiz kimi,  Bakıda baş verən sensasion güllələnmə faktına görə “Emin Naxçıvansiki” kimi tanınan Emin Qasımovun qardaşı Elvin Qasımov Naxçıvanda həbs edilərək Bakıya gətirilib.

Gununsesi.info-nun xəbərinə görə, Bakıdakı olayda hər hansı formada əli olmayan Elvin Qasımova narkotik ittihamı verilib.

HTML tutorial

Valideynləri Elvin Qasımovun günahsız tutulduğunu bəyan edib.

Araşdırmamız zamanı Elvin Qasımovun müdafiəsinə tanınmış vəkil Ceyhun Yusifovun qoşulduğu bəlli olub.

Saytımıza açıqlamasında Ceyhun Yusifov bildirib ki, Elvin Qasımovun atası ilə müqavilə bağlayıb: “Amma orderimi istintaq orqanına təqdim edə bilməmişəm. Elvinlə görüşüb, detallı bilgilər əldə edəcəyəm”.

 

Elmar

Gununsesi.info