
Bir neçə gün əvvəl Bakıda baş verən sensasion güllələnmə faktına görə “Emin Naxçıvansiki” kimi tanınan Emin Qasımovun qardaşı Elvin Qasımov Naxçıvanda həbs edilərək Bakıya gətirilib.
Gununsesi.info-nun xəbərinə görə, Bakıdakı olayda hər hansı formada əli olmayan Elvin Qasımova narkotik ittihamı verilib.
Nərimanov Məhkəməsinə çıxxarılan Elvin Qasımov barəsində 4 aylıq həbs-qətimkan tədbiri seçilib.
Onun yaxınları ittihamı rədd edərək, onun şərləndiyini bildirib.
Yaxınları bildirir ki, qardaşının hansısa olayda iştirakına görə onun həbs edilməsi qanunsuzdur.
Yaxınları hesab edir ki, hazırda axtarışda olan və yeri bilinməyən Eminin ələ keçirilməsi üçün qardaşını həbsə atıblar: “Elvin ümumiyyətlə, o işlərdən uzaqdır. O öz iş-gücü ilə məşğuldur”.
Elmar
Gununsesi.info