Baş məşqçi Erol Bulut ilə yollarını ayıran Türkiyənin “Fənərbaxça” klubu onun yerinə Emre Belezoğlunu gətirdiyini açıqlayıb.
Gununsesi.info xəbər verir ki, bu barədə klubun rəsmi açıqlamasında məlumat verilib. Emre Belezoğlunun sezon sonuna qədər baş məşqçi vəzifəsini icra edəcəyi bildirilir.
“2020-21 mövsümü etibarilə Futbol Komandamızın baş məşqçisi olan cənab Erol Bulut, bu gündən etibarən qarşılıqlı razılaşma ilə klubumuzdan ayrıldı.
Fənərbaxçamızda göstərdiyi xidmətlərə görə Erol Buluta təşəkkür edirik, karyerasının qalan hissəsində uğurlar arzulayırıq. Mövsümün geri qalan həftələrində idarə heyətimizin qərarı ilə idman direktorumuz Emre Belözoğlu futbol komandamızın baş məşqçisi vəzifəsini icra edəcək.
Emre Belözoğlunun rəhbərliyi altında Super Liqada mübarizəsinə davam edəcək komandamıza uğurlar diləyirik”,-deyə açıqlamada qeyd olunub.
Gununsesi.info