Azərbaycan yığmasının hücumçusu Mahir Emreli “Dinamo”dakı debütü ilə bağlı paylaşım edib.
Gununsesi.info xəbər verir ki, 24 yaşlı hücumçu bu barədə İnstaqramdakı hesabında yazıb.
“Uzun müddətdən sonra meydançaya qayıtmaq əla hiss idi! Dəstəyiniz üçün təşəkkür edirəm. Biz sona qədər mübarizə aparacağıq”, – Mahir Emreli bildirib.
Qeyd edək ki, M.Emreli Avropa Liqasının 1/16 finalında “Sevilya” ilə ilk matçda (1:3) debüt edib. O, 57-ci dəqiqədə meydana daxil olub.
Gununsesi.info