Əmtəə bazarlarında qızıl və gümüş bahalaşıb

Əmtəə bazarlarında qızılın bir troya unsiyası (31,1 qram) üzrə fyuçerslərin qiyməti artıb.

Gununsesi.info  birja məlumatlarına istinadən xəbər verir ki, Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyası üzrə dekabr fyuçerslərinin qiyməti 0,38% artaraq 3 882,62 ABŞ dollarına bərabər olub.

COMEX-də gümüşün bir unsiyası üzrə dekabr fyuçerslərinin qiyməti də 1,81% artaraq 47,21 ABŞ dolları olub.

 

 

Gununsesi.info