Mərkəzi Seçki Komissiyası prezident seçkilərinin nəticələrinə dair protokolu təsdiqləyib.
Gununsesi.info xəbər verir ki, Mərkəzi Seçki Komissiyasının rəsmi saytında yerləşdirilən yekun məlumata əsasən, ən yüksək seçici fəallığı 17 saylı Yasamal üçüncü seçki dairəsində, ikinci ən yüksək seçici fəallığı isə 15 saylı Yasamal birinci seçki dairəsində qeydə alınıb.
17 saylı Yasamal üçüncü seçki dairəsinin 55 məntəqədəsi üzrə siyahıda cəmi 52 040 seçici olub. Onlardan 46 431 nəfər seçici iştirak edib ki, bu da 89,22 faiz edir. Bu seçicilərin 44445 nəfəri cənab İlham Əliyevə səs verib ki, buda 96,15 faiz edir.
15 saylı Yasamal birinci seçki dairəsinin 47 məntəqədəsi üzrə siyahıda cəmi 54 339 seçiçi olub.
Onlardan 47 165 nəfər seçici iştirak edib ki, bu da 86,8 faiz edir.
Bu seçicilərin 44 322 nəfəri İlham Əliyevə səs verib ki, buda 94,81 faiz edir.
Gununsesi.info