Energetika və qaz təchizatında ödəmələrlə bağlı yeni qaydalar  müəyyənləşəcək

  • By admin
  • 12 Fevral 2018 16:20
Fevralın 13-də Milli Məclisin növbəti plenar iclasında  “Energetika haqqında” və “Qaz təchizatı haqqında” qanunlarına əlavələr edilməsi barədə  məsələ gündəliyə salınıb.
Gununsesi.info bildirir ki,  “Enegetika haqqında” və “Qaz təchizatı haqqında” qanunlara müvafiq əlavələr edilməsi nəzərdə tutulur.
Qanunun 7-ci maddəsi  energetika sahəsində idarəçilik və nəzarət mexanozmini nəzərdə tutduğundan, bu maddəyə əlavə eidlməsi nəzərdə tutulur.
“Maddə 7-1. Müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma ödənilən haqq
Enerji istehsalçıları, ötürücülər, paylayıcılar və təchizatçılar tərəfindən müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma haqq ödənilir. Haqqın məbləği və ödənilmə qaydası müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırmaqla müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir..
 Eyni dəyişiklik “Qaz təchizatı haqqında” qanuna da ediləcək. Qanunun 21-ci maddəsinə 21-1 maddəsi əlavə edilir:
“Maddə 21-1. Müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma ödənilən haqq.
Qaz istehsalçıları, təchizatçıları və paylayıcılar tərəfindən müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma haqq ödənilir. Haqqın məbləği və ödənilmə qaydası müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırmaqla müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir..
Adı çəkilən qanunlara dəyişikliklər parlamentarilərtərəfindən müzakirə olunaraq qəbul ediləcək.
Mürtəza
Gununsesi.info