Enerji daşıyıcısının qiymətinin artımı digər sahələrə də təsir edəcək - sabiq maliyyə naziri

28602

 

“Ölkəni gözləyən iqtisadi çətinliklərdən qurtarmaq üçün real sektorun sürtəli inkişafına nail olmaq lazımdır. Bununla yanaşı iqtisadi islahatlalr, kadr və struktur islahatları da paralel olaraq aparılmalıdır”

İyulun 14-də Tarif Şurasının elerktik enerjisinin tarif qiymətini 16% qaldırması cəmiyyətdə ciddi rezonansa səbəb oldu. Bundan əlavə olaraq  cəmiyyətdə son  dövlrlərdə manatın devalvasiyasi və neftin qiymətinin enməsi fonunda ölkənin real sektorunun inkişafı ilə bağlı olaraq cəmiyyətdə ciddi müzakirlər gedir. Bunlarla bağlı Gununsesi.info olaraq sabiq maliyyə naziri Fikrət Yusifova müraciət etdik. Yaranmış vəziyyəti onunla  bölüşdük. Sabiq maliyyə nazirinin müsahibəsini sizlərə təqdim edirik.

 

-Fikrət müəllim, Tarif Şurasının elektirk enerjisinin qiyməti ilə bağlı qərarı cəmiyyətdə heç də birmənalı qarşılanmadı. Sizin də bu məsələ ilə bağlı mövqeyinizi bilmək istərdik? 

-Əvvəla onu deyim ki, bu, labüd bir qərar idi və bəlkə də buna ehtiyac var idi. Hökumətin də izahı ondan ibartə oldu ki,  elektrik enerjisi ilə bağlı məsələyə sonuncu dəfə 2007-ci ildə baxılıb və o müddətdən xeyli zaman keçib. Bu müddət ərzində enerji istehsalı  30 % -dək artıb. Eyni zamanda, bu sferada  bu müddət ərzində xeyli iş görülüb, infrastruktur layihələri həyata keçirilib, təkmilləşdirmə və yeniləşdirmə işləri aparılıb. Sistemə xeyli işçi qüvvəsi cəlb olunub və bütün bunlar qiymət artımını zəruri edib. Yəni burada müəyyən mənada iqtisadi cəhətdən əsaslandırma var.

-Axı, enerji daşıyıcısının qiymətinin artımı istər-istəməz digrə xidmət sektoruna öz təsirini göstərir.  Siz necə düşünürsünüz, elekrtik enerjisinin qiymətinin 16% qalxması digər sahələrə öz təsirini göstərməyəcək? 

– Hesab  etmirəm ki, elə bir ciddi təsiri olacaq. Çünki bir müddət öncə suyun da qiyməti artırıldı. Orada da müəyyən problemlər mövcud idi. Hökumət o sahədə problemlərin həlli üçün maliyyə müstəqillyini təmin etmək məqsədi ilə belə bir addım atdı. Bu da o qəbildən olan qərarlardandır.

-Yəni, digər sahələrdə artım olmayacaq? 

– Ola bilər. Əgər enerji sektorunda qiymət artımı baş verirsə, yanacağın qiyməti artırsa bu avtomatik olaraq digər sahələr də qiymət artımına səbəb olur. Bu nəqliyyat və bəzi xidmət sektorlarında qiymət artımına öz təsirini göstərəcək.

-Bəs manatın devalvasiyası ilə bağlı gedən prosesləri necə dəyrləndirirsiniz? Bu tendensiyadan qurtarmaq üçün hakimiyyət hansı addımları atmalıdır? 

-Manatın məzənnəsinin zəifləməsi ilk olaraq ölkənin tədiyyə balansının vəziyyətindən asılıdır. Əgər 2014-cü ildə Azərbaycanın  tədiyyə balansı  haradasa 4,5 mlrd  dollarla müsbət saldo ilə yekunlaşmısdısa, amma indi ölkənin tədiyyə balansında 250 mln dollaradək  minus var. Tədiyyə balansı mənfi olanda milli valyutaya öz təsirini göstərir və narahatçılıq yaradır.Ona görə də vəziyyətdən çıxış yolu kimi hökumət təcili olaraq real sektoru inkiaf etdirməlidir.

-Real sektorun inkişaf etdirilməsi üçün hansı real addımlar atılmalıdır? 

-Azərbaycan prezdentinin real sektorun inkişafı ilə ağlı verdiyi sərəncamları təcili olaraq reallaşdırılmalıdır. Əgər real sektorun inkişaf edib mənfi təsirlərdən qorunmaq istəyiriksə, o zaman ölkə başçısının bu istiqamətdə qəbul etdiyi  qərarlar və tapşırıqlara layiqincə əməl etmək lazımdır. Bu iqtisadi islahatlar nəticəsində rəqabətəqabliyyətli məhsullar istehsal edilməli, yeni iş yerləri açılmalıdır. Daxili bazarın təminatın ödənilməsi ilə yanaşı xarici bazarda rəqabətə qabliyyətli ixrac məhsulları istehsal olunmalıdır. Biz ixracatı artırmalıyıq və bu sahəni stimullaşdırmağa ciddi ehtiyac var. Bu öıkənin tədiyyə balansında müsbət saldonun yaranmasında müstəsna əhəmiyyətə malikdir.

-Baxmayaraq ki,  ölkə başçısı islahatlarla bağlı sərəncamlar və qərarlar versə də, bu sərəncamlar yerlərdə məmurlar tərəfindən layiqincə icra olunmur. Bir çox hallarda isə işi yarıtmırlar. Sizcə, iqtisadi islahatlarla yanaşı, kadr və struktur islahatları da davam etdirilməlidirmi? 

-Bəli. Ancaq bu ölkə başçısının səlahiyyətinə aid olan məsələdir. Ancaq onu deməliyəm ki, kadrlar dövrün hər zamanında hər şeyi həll edir. Kadrlara gəldikdə isə bacarıqlı, talantlı, işə yaradıcılıq qabliyyəti olan kadrlara ciddi önəm verilməlidir. Eyni zamanda, həmin kadrlar  özlərini işə həsr etməyi bacarmalıdırlar.  Odur ki, bəli iqtisadi islahatlarla yanaşı kadr və sturktur islahatları da paralel aparılmalıdır.

Mürtəza Bünyadlı

Gununsesi.info