Enerjiyə qənaət üçün dərs və iş saatı azaldılacaq

  • By admin
  • 22 Avqust 2022 20:37

Banqladeşdə enerjiyə qənaət etmək üçün dərs günlərinin sayı və iş saatları azaldılacaq.

Gununsesi.info xəbər verir ki, bu barədə qərar ölkənin baş naziri Şeyx Hasinanın rəhbərlik etdiyi hökumət tərəfindən qəbul edilib.

Keçən ay yanacağın qiyməti bahalaşdıqdan sonra Cənubi Asiyada yerləşən ölkədə 10 dizel elektrik stansiyasının hamısını bağlanıb. Bağlanan stansiyalar Banqladeşin 23.000 meqavatlıq ümumi elektrik istehsal gücünün təxminən 6%-ni təşkil edir.

Bunun ardınca Banqladeşdə elektrik gündəlik iki saatlıq kəsilməyə başlayıb. Lakin bəzi bölgələr daha uzun müddət elektriksiz qalır.

Yeni qərara əsasən həftədə 6 günlük olan məktəb 5 günlük təhsil sisteminə keçəcək. Əvvəllər həftədə sadəcə cümə günləri dərs olmurdu, yeni qərarla artıq şənbə günlərində də məktəblər bağlı olacaq.

Eyni zamanda ofislərdə iş saatları 1 saat azalacaq. Dövlət qurumları saat 09:00-17:00 əvəzinə 08:00-15:00, banklar isə 09:00-16:00 saatlarında işləyəcək.

Gununsesi.info