Gürcüstan Parlamentinin sədri Şalva Papuaşvili ABŞ və Avropada baş verən istefaları Epşteyn qalmaqalı ilə əlaqələndirib.
Gununsesi.infobildirir ki, Papuaşvili jurnalistin sualına cavabında bildirib ki, Helsinki Komissiyasında Gürcüstanla bağlı müzakirədən əvvəl komissiyada qalmaqal yaranıb.
“Keçmiş yüksək vəzifəli məmur hazırkı üzvləri korrupsiya və maliyyə pozuntularında ittiham edir, həmçinin Epşteyn qalmaqalına dair konkret şəxslərin adlarını çəkir.
Epşteyn və onun adası ilə bağlı qalmaqal fonunda həm ABŞ-da, həm də Avropada yüksək vəzifəli məmurlar və diplomatlar bir-birinin ardınca istefalarını verir. Bu siyasi mənzərənin bir hissəsi olan insanlar tənqid qarşısında sadəcə deyirlər: ‘Qoy hər kəs öz Epşteyn adası ilə məşğul olsun’”, – deyə Papuaşvili vurğulayıb.
O əlavə edib ki, bu artıq sivilizasiya bölünməsi deyil, insan bölünməsidir:
“Bütün siyasi elitanın iştirakını müşahidə etmək çətindir, amma məlum olur ki, böyük və vacib hissəsi bu qalmaqalda iştirak edib”.
Şəbnəm











