Əraqçi: “ABŞ-ın İrana qarşı yeni iqtisadi əməliyyatı da uğursuz olacaq”

  • Müəllif: Firuzə
  • 21 Avqust 2026 22:07

“ABŞ-ın ən sarsıdıcı iqtisadi əməliyyatı da məğlubiyyətə məhkumdur”

Gununsesi.info xəbər verir ki , bunu İranın xarici işlər naziri Abbas Əraqçi ABŞ Prezidenti Donald Trampın İrana qarşı genişmiqyaslı sanksiyalar tətbiq ediləcəyi ilə bağlı təhdidlərinə cavabında bildirib.

“14 il əvvəl: Tarixin ən iflicedici sanksiyaları. Uğursuz oldu. 8 il əvvəl: Maksimum təzyiq. Uğursuz oldu. 5 ay əvvəl: Qeyd-şərtsiz təslim. Uğursuz oldu. Bu gün; Tarixin ən sarsıdıcı iqtisadi əməliyyatı. Bu da məğlubiyyətə məhkumdur”, – Əraqçi bildirib.

Gununsesi.info