Ərdoğan ABŞ-a səfər edəcək

  • By Mina
  • 22 Aprel 2024 11:42

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan mayın 9-da ABŞ-a rəsmi səfər edəcək.

 

Gununsesi.info yerli KİV-ə istinadən xəbər verir ki, səfər ABŞ Prezidenti Cozef Baydenin dəvəti ilə baş tutacaq.

 

İki ölkə liderləri Ağ Evdə görüşəcəklər.

 

R.T.Ərdoğan və C.Bayden Birləşmiş Ştatlardan Türkiyəyə F-16 qırıcı təyyarələrinin tədarükü və terrorla mübarizə məsələlərini müzakirə edəcəklər.

Gununsesi.info