Ərdoğan avtobusda mahnı oxudu – VİDEO

  • By admin
  • 23 Fevral 2024 12:59

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Dənizlidə skripkada ifa edən tələbə ilə söhbətləşib.

Gununsesi.info xəbər verir ki, həmin anının görüntülərini Prezident Administrasiyasının Kommunikasiya idarəsinin rəhbəri Fəxrəddin Altun paylaşıb.

Ərdoğan Dənizlidə seçki kampaniyası zamanı tələbə qızı seçki avtobusuna dəvət edib. Tələbənin skripkada ifa etdiyi “Çanaqqala türküsü”nə qoşulan Ərdoğanla tələbə qız arasında musiqi barədə söhbət olub.

Ərdoğan tələbədən təhsili və ailə vəziyyəti ilə maraqlanıb.

Ərdoğan tələbə qıza skripka ilə yanaşı, udda da ifa etməyi öyrənməyi tövsiyə edib.

Gununsesi.info