Ərdoğan: “Bəşər Əsədlə ailəvi görüşə bilərik”

  • By admin
  • 28 İyun 2024 16:33

Prezident Rəcəb Tayyib Ərdoğan cümə namazından sonra mətbuata verdiyi açıqlamada Suriya prezidenti Bəşər Əsədlə “ailə olaraq” görüşə biləcəklərini bildirib.

Gununsesi.info-nun xəbərinə görə, Ərdoğan bildirib ki, Suriya ilə diplomatik əlaqələri bərpa etməmək üçün heç bir səbəb yoxdur: “Bunu keçmişdə etdiyimiz kimi yenidən edə bilərik. Suriyanın daxili işlərinə qarışmaq fikrimiz yoxdur. Bilirsiniz, heç bir səbəb yoxdur. Niyə cənab Əsədlə keçmişdə etdiyimiz kimi bir ailə görüşünə çatana qədər bunu təkrar edə bilmərik?”.

 

Qeyd edək ki, Türkiyə illərdir Əsədi hakimiyyətdən uzaqlaşdırmağa çalışan silahlı müxalifət döyüşçülərinin əsas dəstəkçilərindən biri olub və 2016-cı ildən bəri Suriyanın şimalında üç böyük hərbi əməliyyat keçirib.

Hazırda Şimali Suriyanın bəzi hissələri Türkiyə Silahlı Qüvvələrinin nəzarəti altındadır.

 

Günay Mahirqızı

Gununsesi.info