Ərdoğan: Cənubi Qafqazda sabitliyin qorunması Türkiyənin prioritetlərindən biridir

  • By admin
  • 13 Mart 2024 09:00

Cənubi Qafqazda sabitliyin qorunması Türkiyənin prioritetlərindən biridir.

Gununsesi.info xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

Türkiyə dövlət başçısı Azərbaycan və Ermənistan arasında sülh sazişinin imzalanması ilə regionda yeni dövrün başlanmasını arzuladığını bildirib.

Prezident Şərqi Aralıq və Egey dənizində Yunanıstanla münasibətlərdə son zamanlar formalaşan mənfi atmosferin dəyişəcəyinə və səylərin konkret nəticələr verəcəyinə ümid etdiyini bildirib.

Quzey Kıbrıs Türk Cümhuriyyətinin hüquq və mənafelərinə, suveren bərabərliyinə məhəl qoymadan həllə nail olmağın mümkün olmadığını vurğulayan Ərdoğan Türkiyənin Balkanlarda sabitlik və sülhə töhfə verən addımları hər zaman dəstəklədiyini bildirib.

Gununsesi.info