Ərdoğan CHP-də baş verənlərdən danışdı - Qazi Mustafa Kamalın qurduğu partiyanı gecə əyləncə məclislərinin mövzusuna çevirənlər…

“CHP-nin 38-ci qurultayı ilə bağlı müzakirələrdə qurultayı keçirən də, qurultaya kölgə düşdüyünü iddia edən də, bu iddiaları sənədlərlə birlikdə məhkəməyə aparıb hüququnu axtaran da CHP üzvləridir”.

Gununsesi.info  xəbər verir ki, bunu Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan sosial şəbəkədə yazıb.
O, daha sonra əlavə edib:

“Qazi Mustafa Kamalın qurduğu partiyanı, üzr istəyərək deyirəm, gecə əyləncə məclislərinin mövzusuna çevirənlər də yenə özləridir.
“Rüşvət almışam, rüşvət vermişəm, filan adama bu qədər pul vermişəm’ deyənlər də elə özləridir.

Dünən ‘xalqın ümidi’ dedikləri insanlara bu gün ‘xain’ damğası vuranlar da özlərindən başqası deyil”.
Ərdoğan sonda bildirib ki, CHP də yaşananların onlara aidiyyatı yoxdur.

Afət Abbasova
Gununsesi.info