
Rəcəb Tayyib Ərdoğanın ciddi rəqabətli seçki nəticəsində cüzi üstünlüklə Prezidentliyi yenidən qazanması qarşıdakı illər ərzində Türkiyənin siyasi həyatında daha bir ciddi dönəm başladır.
Əvvəlki seçkilərdə hökuməti təbkaşına qazanan Ərdoğanın son illər apardığı siyasət onun ölkə daxilindəki reytinqini xeyli aşağı saldı.
Bu seçkini qazanmaq şansının az olduğunu bildiyi üçün də ölkəsinə Suriyadan pənah gətirən 2 milyon insana vətəndaşlıq verdi.
Əksər analitik mərkəzlər də hesab edir ki, Ərdoğanın qələbəsini şərtləndirən məhz suriyalıların səsi oldu.
Təbii ki, Türkiyənin çox-çox ucqar bölgələrində müxalifətin ciddi müşahidə təşkil edə bilməməsi də həmin bölgələrdə saxtakarlıq faktlarının olması iddialarını yaratmış oldu.
Bütün hallarda Ərdoğan qazandı. Onun səhhəti də imkan vermir ki, uzun illər hakimiyyətdini davam etdirsin.
Amma Ərdoğan hakimiyyəti dövründə Türkiyədə böyük biznes imperiyası qurub. Onun ailəsin in milyardlarla ölçülən sərvəti var.
Ona görə də Ərdoğan özündən sonra AKP-dən kimisə hakimiyyətə gətirmək barədə düşünəcək.
Ərdoğanı təbrik etmələrinə (bu bir protokol qaydasıdır) baxmayaraq, sivil Qərb dünyasının onu sevmədiyi bəllidir.
Bunun da səbəbləri ortadadır.
Ərdoğanın ölkəsi daxilində ciddi səs itirməsi onun bu ölkənin demokratik ənənənlərinə xilaf çıxması oldu.
Bu gün Türkiyənin məhkəmə-hüquq sistemi ciddi zədələr alıb.
Biz azərbaycanlıların da Türkiyə demokratiyası, ədaləti üçün qürur duyduğumuz anlar olub.
Amma Ərdoğaının hakimiyyəti illərində Türkiyə demokratiya sarıdan ciddi geriləyib.
Avropa İnsan Hüquqları Məhkəməsinin 2022-ci illə bağlı hesabatında inanılmaz mənzərə açılıb.
Bəlli olub ki, Türkiyə Avropa Şurasına üzv olan 46 dövlər içərisində Avropa Məhkəməsinə göndərilən şikayət sayına görə ilk yerdədir.
Bu utancverici haldır. Ölkədə ədalət olmayanda hakimiyyətin sosial dayaqlarının sarsılması qaçılmazdır.
Ərdoğanın faktitiki məğlubiyyətində də bu amil ciddi rol oynayıb.
Ona görə cənab Ərdoğan növbəti varisinin qələbəsini arzulayırsa, ilk növbədə ölkəsində məhkəmə-hüquq sistemini ciddi şəkildə irəliyə aparmalıdır.
Ölkədə media azadlığına basqılar on illiklərdir ki, alternativ fikri eşidən türk cəmiyyətində aqressiyaya gətirib çıxarıb.
Türkiyə Avropa Şurasında artıq hədəfə çevrilib.
Kimsə inanmazdı ki, ölkə insan hüquqlarının durumuna görə AŞ PA-nın monitorinqi altına düşsün.
O ölkələr monitorinq altında olur ki, onlar Azərbaycan kimi Avropa Şurasına yeni qəbul olunan dövlətlərdir.
Təəssüf ki, Türkiyə ilə bağlı belə bir acı mənzərənin şahidiyik.
İqtisadi problemlər də öz yerində.
Ona görə də Ərdoğan ölkəsində məhddudiyyətlərlə uğur qazana bilməyəcəyini götür-qoy etməldir.
Ya demokratiyaya sahib çıxmalı, ya da rüsvayçı şəkildə hakimiyyətdən getməlidir.
Pərviz Həşimli
Gununsesi.info