
Türkiyə Prezidenti Rəcəb Ərdoğan İran Prezidenti vəzifələrini icra edən Məhəmməd Möhbərlə telefonla danışıb.
Gununsesi.info xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının mətbuat xidməti məlumat yayıb.
Ərdoğan danışıq zamanı İran Prezidenti İbrahim Rəisi və xarici işlər naziri Hüseyn Əmir Abdullahian ilə birlikdə heyət üzvlərinin helikopter qəzasında həlak olmaları ilə bağlı başsağlığı verib və səbr diləyib.
Türkiyənin bu çətin günlərdə İranın yanında olduğunu və İran xalqının kədərinə şərik olduğunu bildirən Ərdoğan, Türkiyənin İranla qonşuluq və qardaşlıq münasibətlərini gələcəkdə də yerinə yetirməyə davam edəcəyini bildirib.
Gununsesi.info