Ərdoğan Rusiya-Ukrayna müharibəsinin həllinə kömək edə bilər?

ABŞ Prezidenti Donald Tramp bildirib ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya-Ukrayna müharibəsinin həllinə kömək edə bilər.

“Ərdoğan kömək edə bilər. Rusiyada və Putinin yanında ona hörmət edirlər. O, mənim dostumdur”, – Tramp qeyd edib.

Maraqlıdır, Trampın bu açıqlaması ABŞ-Türkiyə münasibətlərində hansı siyasi siqnal kimi dəyərləndirilə bilər?
Hər şeydən əvvəl onu demək lazımdır ki, Trampın Ərdoğanı öz dostu kimi təqdim etməsi, ABŞ və Türkiyə arasında son illərdə yaşanan gərginliklərə baxmayaraq, münasibətlərin düzəlməsi və ya qarşılıqlı etimadın artması siqnalı verir.

ABŞ və Türkiyə arasında 2010-cu illərin ortalarından sonra baş verən bir sıra diplomatik böhranlar (məsələn, Suriya məsələsi, FETÖ ilə əlaqəli mübahisələr və S-400 raket müdafiə sistemi) iki ölkə münasibətlərini sarsıtmışdı. Trampın Ərdoğanı müsbət bir şəkildə vurğulaması, bu münasibətlərin daha uyğunlaşmasına və ABŞ-nin Türkiyəyə qarşı daha yumuşaq bir siyasət tətbiq etməsinə imkan verə bilər.

Ancaq əlbəttə, Türkiyə həm NATO üzvü, həm də Rusiya ilə əlaqələri olan bir ölkə olaraq, iki böyük güc arasında “köprü” rolunu oynaya bilər.

Ərdoğan, Rusiya ilə münasibətlərini nisbətən yaxşı saxlayır və Putinlə şəxsi əlaqələri, həmçinin diplomatik manevr qabiliyyəti ona bu cür vasitəçilik missiyasını həyata keçirmək üçün imkan verir.
Burada başqa məqamlar da var.

Ərdoğanın Rusiya ilə sıx əlaqələri var, lakin həm də Ukrayna ilə əməkdaşlıq edir. Bu, onu müəyyən dərəcədə balanslaşdırıcı bir mövqeyə yerləşdirir. Ərdoğan həm Rusiya, həm də Ukrayna ilə dialoqu saxlamaqla, münaqişənin həllində bir növ vasitəçi olma şansı əldə edir. Ancaq hər iki tərəfin də təkliflərə və vasitəçiliyə necə reaksiya verəcəyi, həmçinin müharibənin gedişatı və hər iki tərəfin strateji məqsədləri də bu rolu effektiv edə biləcək faktorlar arasında yer alır.

Ərdoğanın vasitəçi rolunu oynamaq istəməsi, həmçinin ABŞ və Avropanın Türkiyəyə qarşı daha açıq mövqedə olmalarına səbəb ola bilər.

Belə bir vəziyyətdə Ərdoğan həm Rusiya ilə, həm də NATO daxilindəki tərəfdaşları ilə balans qurmaq məcburiyyətində qala bilər. Nəticədə isə Türkiyənin belə bir vasitəçilik missiyası, yalnız münaqişənin bitməsinə gətirib çıxarmaya bilər, həm də böyük geosiyasi risklər daşıyır.
Odur ki, hələlik qeyri-müəyyəndir. Ərdoğan bu rolu müvəffəqiyyətlə həyata keçirə bilər, amma bunun üçün həm

Ukrayna, həm də Rusiya ilə tarazlaşdırılmış bir yanaşma tərzi tapmaq lazımdır. Trampın bu mövqeyi, Türkiyənin diplomatik təsirini və vasitəçilik potensialını vurğulasa da, münaqişənin həllinə nə dərəcədə təsir edəcəyini zaman göstərəcək.

 

 

Afət

Gununsesi.info