
Ərdoğan Slovakiyanın baş nazirinə sui – qəsd hücumunu pisləyib.
Gununsesi.info xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu açıqlamanı sosial media hesabında edib.
“Mən Slovakiyanın baş naziri Robert Fikoya qarşı edilən iyrənc sui-qəsdi qətiyyətlə pisləyirəm və hücum nəticəsində zərər çəkmiş cənab Fikoya tezliklə sağalmasını arzu edirəm. Slovakiya xalqına və hökumətinə ölkəm və xalqım adından arzularımı çatdırıram” – deyə qeyd edib.
(TRT haber)
Gununsesi.info