BTK-nın girişi əngəllədiyi Instagram platforması ilə bağlı prezident Ərdoğan “rəqəmsal faşizmlə üz-üzə olduğumuzu” bildirib.
İnstaqrama giriş qadağası ilə bağlı ilk dəfə danışan prezident Rəcəb Tayyib Ərdoğan sosial media platformalarının “mafiya kimi davrandığını” ifadə edərək, “Bu platformalarda millətimizin inancı da təhqir olunur” deyib.
Ədalət və İnkişaf Partiyasının (AK Partiya) Ümumi Qərargahında İnsan Haqları Təhsil Proqramında çıxış edən prezident Ərdoğan, sosial media platformalarının “mübariz” hala gəldiyini ifadə edərək, “Hələ arzuladığımız əməkdaşlığı tam şəkildə qura bilməmişik. Türkiyənin həssaslığına hörmət edilərsə, məsələ öz həllini tapacaq”,-deyə qeyd edib.
Daha sonra Ərdoğan, “fələstinli şəhidlərin fotoşəkillərinə dözə bilməyən rəqəmsal faşizmlə qarşı-qarşıyayıq. Hər cür əxlaqsızlığa dəstək verənlər, terror təşkilatlarına dəstək verənlər, virtual aləmdə fələstinlilərə müharibə elan edib”, -deyə bildirib.
“Hər cür əxlaqsızlığı “azadlıq” adlandıraraq təşviq edən bu şirkətlər Fələstin xalqına sözün əsl mənasında müharibə elan ediblər. Xəbərdarlıqlarımıza baxmayaraq, FETÖ-dən PKK-ya qədər bütün terror təşkilatları sanki “at oynadırlar””,-deyə o, əlavə edib.
Qeyd edək ki, Statista.com məlumatlarına görə, 2024-cü ilin fevral ayına qədər Türkiyədə 58 milyona yaxın Instagram istifadəçisi var.
Bu məlumatlara görə, Türkiyə dünyada ən çox Instagram istifadəçisi olan beşinci ölkədir.
Günel Həsənova
Gununsesi.info