Ərdoğan TRT-nin 60 illiyini belə təbrik edib

  • By admin
  • 02 May 2024 10:44

Türkiyə Prezidenti və AKP sədri Rəcəb Tayyib Ərdoğan Türkiyə Radio və Televiziya Qurumunun (TRT) 60 illik yubileyi münasibətilə təbrik mesajını yayıb.

Gununsesi.info-nun Prezidentin rəsmi saytına istinadən verdiyi xəbərə görə,
Ərdoğan mesajında ​​”TRT 60 ildir məsuliyyətli, qərəzsiz və prinsipial jurnalistika anlayışı ilə öz bilik və təcrübəsini vətəndaşlara təqdim edir, yayım sahəsində gəldiyi səviyyə ilə türk xalqını qürurlandırır” deyə yazıb.

Prezident daha sonra əlavə edib:

“İctimai yayımın məsuliyyətini nəzərə alan TRT dinamik quruluşu və qabaqcıl yayım təcrübəsi ilə ölkəmizin dəyərlərini, tarixini, mədəniyyətini, gücünü və səsini bütün dünyaya əks etdirməyə davam edir.

Xəbərdən idmana, musiqidən sənədli filmə, uşaqdan mədəniyyətə qədər bütün kanalları ilə nümunə olmağa davam edən TRT ölkəmizdə sektor üçün bir məktəbdir və bu sahədə dəyərli televiziya və radio yayımçılarının yetişdirilməsində mühüm rol oynayır.  İnanıram ki, TRT bundan sonra bütün bu uğurlu işləri davam etdirəcək. “Türkiyə Radio və Televiziya Qurumunun yaranmasının ildönümü münasibəti ilə bütün əməkdaşlarını təbrik edir, onları ən səmimi hisslərimlə salamlayıram”.

 

Günay

Gununsesi.info