Ərdoğandan Azərbaycanla bağlı SON DƏQİQƏ AÇIQLAMASI

  • By admin
  • 24 Fevral 2024 17:00

Azərbaycan torpaqları və onun tərkib hissəsi olan Qarabağ illərdir işğal altında qaldı. Xüsusilə Xocalıda çoxlu qırğınlar törədildi. Kimsə hərəkətə keçmədi.

Gununsesi.info xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ədalət və İnkişaf Partiyasının (AK Parti) Sakaryada təşkil edilmiş mitinqində vətəndaşlara müraciəti zamanı deyib.

Ərdoğan bildirib ki, Suriyada 1 milyon insan vəhşicəsinə öldürüldü, 12 milyon insan köç etmək məcburiyyətində qaldı, təqibləri dayandırmaq üçün heç kim heç bir addım atmadı:

“Oktyabrın 7-dən Qəzzada əksəriyyəti uşaq, qadın və mülki vətəndaşlardan ibarət 30 min günahsız fələstinli şəhid olub. 70 mindən çox dinc sakin yaralanıb. Nə qərb dövləti, nə də Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası İsrail vəhşiliyinin qarşısını almaq üçün heç bir faydalı səy göstərmədi”.

Türkiyə prezidenti qeyd edib ki, beynəlxalq təşkilatlar 140 gündür İsrailin insanlığa qarşı törətdiyi cinayətləri izləyirlər.

“İş o yerə çatıb ki, Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası hətta İsrailə dərhal atəşkəs tələb etmir və bunu edə də bilməz. Kameralar önündə qadağadan yayınaraq İsraili tənqid edən Qərb gücləri işğalçı İsrail ordusuna hər cür silah dəstəyini davam etdirir”.

 

Gununsesi.info